"Mavi Dünyam" adlı tədbirinin açılışı

    Təlimə Dəstək Mərkəzinin Autizm maarifləndirmə ayı çərçivəsində 15 aprel 2024-cü il tarixində Autizm spektr pozuntusu olan uşaqlara həsr edilmiş "Mavi Dünyam" adlı tədbirinin açılışı oldu.

    Bakı Şəhər üzrə Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri, Təlimə Dəstək Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Anar Mustafazadə tədbiri açıq elan edərək xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə adaptasiya olmalarının əhəmiyyətini, inklüziv təhsilin bu istiqamətdə vacib rol oynadığını vurğuladı.

    Tədbirdə Xəzər rayonu 181 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Abdullayeva, psixoloq Məryəm Məmmədova, korreksion-pedoqoq Leyla Novruzova və məktəbin şagirdləri də iştirak etdilər.2 hissədən ibarət tədbirdə şagirdlərə autizm spektr pozuntusu haqqında məlumatlar və interaktiv çalışmalar verildi.Tədbirin əsas məqsədi şagirdlər arasında əməkdaşlığın vacibliyini aşılamaq və xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılması, empatiyanın qurulması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi