"Yaşıl Dünya Naminə Həmrəylik İli" şüarı altında yaşıllaşdırma işləri

    "Yaşıl Dünya Naminə Həmrəylik İli" şüarı altında yaşıllaşdırma işləri davam edir.

    181 nömrəli tam orta məktəbin rus bölməsində təhsil alan 2d sinif şagirdləri sinif rəhbəri Kərimova Bahar müəllimin təşkilatçılığı ilə məktəbin həyətyanı sahəsində gül və müxtəlif bitki kolları əkiblər. Yaşıllaşdırma işində məktəb rəhbərliyi və valideynlər də xüsusi fəallıq nümayiş etdiriblər. Əmək alətlərinə böyük həvəslə sarılan şagird-valideyn-müəllim heyəti komanda şəklində birləşərək həyətyanı sahəni alaq otlarından təmizləyiblər. Gül kollarını torpağa əkdikdən sonra ağacları və çiçəkləri sulayaraq sanki təbiətə yeni bir nəfəs bəxş ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi