"Dəyərlərimizi qoruyaq" 1b

    "Dəyərlərimizi qoruyaq" layihəsi davam edir.

    181 nömrəli məktəbin tədbirlər planına uyğun olaraq Günel Almuradovanın təşkilatçılığı və 1b sinif şagirdlərinin iştirakı ilə Novruz tədbiri keçirilib. Tədbirdə Azərbaycan milli mətbəxinə məxsus şirniyyatlarla, səmənilərlə, boyanmış yumurtalarla bəzədilmiş bayram süfrəsi və şagirdlərin sərgilədiyi xüsusi performanslar göz oxşayıb. Milli musiqi alətlərimizdən ibarət guşə Novruz dekorlarına xüsusi gözəllik qatıb. Tədbir qədim tarixi ənənələrin təbliği və gələcək nəsillərə ötürülərək yaşadılmasını təmin etmək məqsədilə keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi