"Dəyərlərimizi qoruyaq" layihəsi

    "Dəyərlərimizi qoruyaq" layihəsi davam edir.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq Novruz bayramına həsr olunmuş" Dəyərlərimizi qoruyaq"adlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində mart ayının 18-də Dilarə Əliyevanın təşkilatçılığı və 7D sinif şagirdlərinin iştirakı ilə"Gəl Novruzum" adlı möhtəşəm tədbir baş tutub. Tədbir hər bir izləyicidə unudulmaz izlər qoyub. Qədim adət-ənənələr, milli rəqslər, milli mətbəximizə aid təamlar və peşəkarcasına qurulmuş bayram dekorları-bütün bunlar bizləri başqa bir sehirli-bahar qoxulu, səməni təravətli aləmə apardı.Rus bölməsində təhsil alan şagirdlərin milli rəqsləri ifa etmələri, bayram simvolu olan şirniyyatları hazırlamaqçün göstərdikləri böyük həvəs, hazırladıqları səhnəciklər bu ənənəyə son dərəcə sadiq olduqlarının bariz nümunəsi oldu.Bir daha əmin olduq ki, gənc nəsil milli köklərinə, qədim tarixinə sıx bağlıdır və bu tarixi yaşatmaqda israrlıdır.

Məktəb rəhbərliyi ilə yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşı Məmmədzadə Ofeliya xanım da tədbirdə qonaq qismində iştirak edib. Tədbirin ərsəyə gəlməsində Dilarə müəllimə yaxından köməklik göstərmiş valideyn Hüseynova Təranə xanıma dərin təşəkkürümüzü bildiririk!

Tədbirin sonunda ənənəyə sadiq qalaraq zəhməti keçən hər bir iştirakçı Fəxri fərmanla təltif olunub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi