"21 Fevral Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuş tədbirlər davam edir.

"21 Fevral Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuş tədbirlər davam edir.Bu gün məktəbin rus bölməsinin şagirdləri Azərbaycan dilinə həsr olunmuş növbəti tədbir keçirtdilər.Sevindirici haldır ki, şagirdlər sərbəst surətdə ədəbi dilimizin bütün normalarına əməl edərək doğma dildə seir söylədilər, mahnı oxudular, səhnəciklər göstərdilər.Ana dilimiz haqqında dahilərin söz xəzinəsindən kəlamlar söyləyərək bir daha dilimizin zənginliyini, şirinliyini nümayiş etdirdilər.Dilimiz xalqımızın mənəvi dəyərlərindən biridir.Onu sevmək azdır ,onu sevərək qoruyub gələcək nəsillərə ötürmək lazımdır.