"Olimpiya Hərəkatı-2017" layihəsinə start verildi.
"Olimpiya Hərəkatı-2017" layihəsinə 18 yanvar 2017-ci il tarixində start verildi. Məktəbin direktoru Abbasova Fərqanə idman yarışının keçirilməsinin mahiyyəti haqqında geniş məlumat verərək şagirdlərə uğurlar arzuladı. Siniflər üzrə məktəbdaxili yarışlar keçirilərək idman növləri üzrə yığma komanda müəyyən olundu. İlk turda basketbol və atletika üzrə qaliblər müəyyənləşdi. Növbəti idman növləri üzrə yarış 24 yanvar 2017-ci il tarixində keçiriləcək. İdmançılarımıza uğurlar arzulayırıq.