20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
Tarix boyu xalqımız zaman-zaman faciələrə, soyqırımlarına məruz qalıb. Bu faciələrin böyük bir hissəsi XX əsrdə baş verib. Həmin dəhşətli faciələrdə xalqımız özünün azadlığı uğrunda mübarizədə itkilər versə də, nəhayət, 1990-cı il 20 Yanvar qırğınından sonra azadlıq, istiqlaliyyət istəyinə qovuşdu.
20 Yanvar hadisəsi yalnız faciə kimi xatırlanmamalıdır. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, 20 Yanvar günü bizim böyük faciəmizdir, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
18 nömrəli tam orta məktəb vətənimizin hər bir qanlı və şanlı tarixini qürur və şərəf hissi ilə daim yad edir. İllərdir dəyişməyən, ənənəyə çevrilən açıq dərs, dəyirmi masa, ədəbi-bədii müxtəlif tədbirlər, həmçinin tarixi əhəmiyyətli məkanları mütəmadi olaraq ziyarət etməklə Azərbaycan tarixini şagirdlərinin yaddaşına ömürlük həkk edir. Məktəbimizin Milli qəhrəmanlarının, qəhrəman şəhidlərinin olması heç də əbəs deyil