Nizam-intizam qaydalarına həsr olunmuş tədbir keçirildi

 Bu gün məktəbimizin V-VI sinif şagirdləri ilə məktəbdə nizam-intizam qaydalarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəblinin dostu layihəsinin əməkdaşları iştirak edirdilər. Məktəbin direktoru Leyla Fətiyeva tədbiri giriş sözü ilə açaraq şagirdlərə məktəbin nizam-intizam qaydaları ilə bağlı ətraflı məlumat verdi. Sonra məktəbin psixoloqu Arzu Məmmədova “Məsuliyyətli olaq!” adlı təqdimatla çıxış edərək, məsuliyyətli olmağın insan həyatındakı əhəmiyyətindən danışdı. Təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva, təşkilatçı müavin Rəvanə Məmmədova, psixoloq Günel Mahmudzadə, Uşaq Birliyi Təşkilatı rəhbəri Gülnar Kərimova, məktəblinin dostu layihəsinin əməkdaşı Kamil Fərhadlı mövzu ilə bağlı çıxış edərək, şagirdlərə  tövsiyələr verdilər, rəy bildirdilər. Tədbir şagirdlərin maraqlı və yadda qalan fikir mübadiləsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi