Nailiyyətlərimiz

“Bayraqları bayraq yapan üstündəki qandır” inşa müsabiqəsinin qlibiAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Bayraqları bayraq yapan üstündəki qandır” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova iştirakçıları müsabiqənin Əsasnaməsi ilə tanış edildikdən sonra müsabiqəyə start verilmişdir. Müsabiqənin nəticəsinə görə 11 - 14 yaş qrupu üzrə məktəbimizin 8 b sinif şagirdi Ətrabə Yüzbaşova III yerə layiq görülmüşdür. Bu münasibətlə məktəb kollektivi adından şagirdimizi təbrik edirik. Ətrabə, uğurlar!!!

Uğurlar!!!Q.Baxşıyev adına 179 saylı tam orta məktəbin şagirdi Müseyibli Nahid 26-02-2017 tarixində Arpaçay karate Klubunun təşkil etdiyi 26 fevral Xocalı soyqırımına həsr olunmuş karate üzrə klublar arası turnirdə karatenin WKF növü üzrə "Start" idman kompleksində 10-11 yaş arası 44 kq çəkidə keçirilmiş yarışda I yerə layiq görülmüşdür.

Həmişə zirvədə ol!!!Binəqədi rayonu Q.Baxşıyev adına 179 saylı tam orta məktəbin 7a sinif şagirdi Məmmədli Kənan İstək Liseyinin təşkil etdiyi" Lütfi Zadə adına məktəblərarası I Məntiq Olimpiadası"nın final mərhələsinin qalibi olmuşdur

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Pərvin Həsənli Akif

Günel Xosrovlu Nəsrəddin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi