FƏXRİMİZ

Baxşıyev Qorxmaz Əlövsət oğlu 1940-cı il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə Binəqədi rayonu 179№li məktəbin 1-ci sinfinə daxil olmuş, lakin ailə vəziyyətinə görə 8-ci sinifdən çıxıb Binəqədi rayonundakı neft mədənində fəhlə kimi fəaliyyətə başlamışdır. 1959-cu ildə ailə həyatı qurmuşdur. 1960-cı ildə hərbi xidmətə getmiş, dörd ildən sonra isə yenidən iş fəaliyyəti ilə məşğul olmuşdur. Beş uşaq atası idi. 1986-cı ildə Çernobl qəzası baş verdikdə, o, hərbi komissarlıq tərəfindən Ukraynaya göndərilmişdir. Xəsarət aldığı üçün II dərəcəli Çernobl əlili idi. Lakin 1990-cı il hadisələri onu çox narahat edirdi.

1991-ci il sentyabr ayında oğlu Baxşıyev Ədalət hərbi komissarlığa çağrılır. Onun cəbhə bölgəsinə göndəriləcəyini eşidən Qorxmaz, övladına qoşulub hərbi komissarlığa gedir və könüllü olaraq Qarabağa göndərilməsini xahiş edir. Döyüş yolu Ağdamdan başlayan Qorxmaz Baxşıyev təchizat komandiri olaraq hər bir əsgəri silahla təmin etməyə çalışırdı. Döyüşlərdə ağır yaralananları və hətta cəbhə xəttində şəhid olanları belə çətin olsa da Bakıya çatdırırdı.

Şəhərin müdafiəsində duran könüllülərdən ibarət dəstə 1992-ci ildə Şuşada məğlubiyyətə uğradıqlarını hiss edib Laçın – Şuşa koridoru ilə hərəkət etməyə qərar verir. Həmin il may ayının 18-də Laçında gedən ağır döyüşlərdə rota komandiri Həsənqulu Qasımova tuşlanan snayperi görən Qorxmaz Baxşıyev güllənin qarşısına atılır. Komandir ilə bərabər 120 nəfər döyüşçünü xilas edərək qəhrəmancasına həlak olur.

Hər il may ayının 18-də məktəbimizdə Qorxmaz Baxşıyevin anım günü keçirilir. Bu tədbirlərə mütəmadi olaraq şəhidin döyüş yoldaşları dəvət olunurlar.Şəhidimiz daim yaddaşlarda qalaraq xatırlanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi