HAQQIMIZDA

Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 №-li tam orta məktəb 1936-cı ildə inşa edilmişdir. Məktəb Milli Qəhrəman Qorxmaz Baxşıyevin adını daşıyır. Qorxmaz Baxşıyev 16 iyun 1940-ci ildə Bakı şəhərində anadan olmuşdur. Binəqədi rayonundakı 179 №-li  tam orta məktəbi bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 1990-cı il hadisələrində təcili yardımda işləmiş və xeyli yaralının həyatını xilas etmişdir. 1992-ci il fevral ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmış, Şuşa, Xocalı rayonlarında baş verən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin mayın 18-də komandirini və 120 nəfər döyüş yoldaşını xilas edərkən ağır yaralanaraq həlak olmuşdur.

Məktəb inşa olunan zaman 440 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 2006-ci ildə əlavə olaraq 14 sinif otağından ibarət daha bir korpus inşa edilərək istifadəyə verilmişdir. 2011-ci ildə məktəb əsaslı şəkildə təmir olunmuşdur. Məktəbdə həm azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir.

2018-ci ildə isə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2011-ci il 4 may tarixli Sərəncamına əsasən   "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən məktəb üçün yeni dörd mərtəbəli 1416 nəfərlik korpus inşa edilib. Hal –hazırda məktəbdə 2847 nəfər şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 154 nəfər müəllim  məşğul olur. Məktəb beş günlük, 2 növbəlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi