Nailiyyətlərimiz

Həmişə zirvədə ol!Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMF-in birgə təşkilatçılığı ilə I Avroasiya Muay-tau Klubu tərəfindən 15 dekabr 2017-ci il tarixində 63,5kq çəkidə kikboksinqin muay-tau döyüş növü üzrə keçirilmiş yarışda məktəbimizin 10a sinif şagirdi Hacıyev Fərid I yerə layiq görülmüşdür. Bu nailiyyətinə görə o, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vitse prezidenti İsmayıl İsmayılov və AMF-in prezidenti Azər Həsənsoy tərəfindən medal və sertifikatla təltif olunmuşdur. Şagirdimizlə fəxr edirik və ona gələcək yarışlarında uğurlar arzulayırıq.

Mən və hüquqlarımAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) ümumtəhsil məktəbləri şagirdləri arasında 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin 7r sinif şagirdi Əsədova Fidan iştirak edərək Azərbaycan Respublikası insan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Furio de Angelis və BMT-nin Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin tərəfindən həvəsləndirici mükafatla təltif edilmişdi.

Qalib idmançımız22 oktyabr 2017-ci il tarixində keçirilən 18 oktyabr "Müstəqillik Günü"nə həsr olunmuş Beynəlxalq Şotokan Karate-Do üzrə filialın II açıq çempionatında məktəbimizin 6ğ sinif şagirdi Yekəyev Rəhman kumite üzrə yüksək bacarıq göstərərək I yerə layiq görülmüş və diplomla təltif olunmuşdur. Dəfələrlə medal və diplomlarla təltif olunmuş idmançımıza gələcək yarışlarında da uğurlar diləyir və hər zaman zirvələrdə olmağını arzulayırıq.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Nuranə Rəhimova Bahəddin

Natiq Səfərli Namiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi