Nailiyyətlərimiz

Çempion qalibimizMəktəbimizin 11r sinif şagirdi Səfərov Vüsal 27 may 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi Bakı şəhəri XXVI Respublika çempionatında Kung-Fu idman növü üzrə yarışmada I yerə layiq görülmüşdür. Çempion qalibimiz idman naziri Azad Rəhimov tərəfindən diplom və medalla mükafatlandırılaraq növbəti tura, dünya çempionatına vəsiqə qazanmşdır. Hər zaman birinci ol!

UğurlarımızMəktəbimizin VIIr sinif şagirdləri Aslanov Fərhad, Əsədova Fidan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin keçirdiyi Binəqədi rayon orta ümumtəhsil məktəblilərinin iştirakı ilə yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında “Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!” adlı maarifləndirici tədbirdə iştirakına görə idarə rəisi Elvin Aslanov tərəfindən sertifikatla mükafatlandırılmışlar.Eyni zamanda şagirdlərimiz Əsədova Fidan və Vb sinif şagirdi Əsədova Ayşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin keçirdiyi Binəqədi rayon ərazisində “Ümumrayon yaşıllaşdırma marafonu” çərçivəsində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasınad keçirilən rəsm müsabiqəsində iştirakına görə sertifikatla mükafatlandırılmışlar. Şagirdlərimizə uğurlar arzulayırıq!

690 bal toplayan şagirdimizMəktəbimizin fəal şagirdlərindən biri olan Zülfüqarlı Lamiyə Yaşar qızı 13 may 2018-ci il tarixində keçirilmiş ali mktəblərə qəbul imtahanında 690 bal toplayaraq yüksək nəticə göstərmişdir. Şagirdimizə növbəti imtahanda hədəf seçdiyi 700 balı toplamağını və uğurlarının davamlı olmağını arzulayırıq!

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Murad Məmmədli Rəsul

Nuranə Rəhimova Bahəddin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi