2 APREL ,,BEYNƏLXALQ UŞAQ KİTAB GÜNÜ”NƏ HƏSR EDİLMİŞ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

   2 Aprel ,,Beynəlxalq Uşaq Kitab Günüdür”.Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixcəsi var. Məhşur nağılçı Hans Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub.Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur. Həmin gün müxtəlif rəsm kitab sərgiləri təşkil olunur. Məktəb kitabxana əməkdaşları Sevil Qurbanova və Fatma Quluzadənin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş maarifləndirici tədbir təşkil olundu.Bu tədbirdə 4,,Ə”sinif şagirdləri ilə sinif müəlimi Vüsalə Nurməmmədzadə da iştirak edirdi.Tədbirin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi,bədii təxəyyülünün,idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin,kitabın mühüm rolunun və kitaba marağın artırılması idi.Şagirdlər kitabxanaya üzv oldular və onlar yaşlarına uyğun olan kitablarla təmin edildilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi