MƏKTƏBDƏ ,,İQLİM DƏYİŞİKLİYİ VƏ COP29”İLƏ BAĞLI MÜHAZİRƏ TƏŞKİL EDİLDİ

  BMT-nin İqlim Dəyişikləri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasının(COP29),Kioto protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris sazişinin tərəflər görüşünün 6-cı sessiyasının təşkil eilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planının icrasına əsasən,17 nömrəli tam orta məktəbdə cöğrafiya müəllimi Mehriban Əliyeva tərəfindən 9,,Bvə 9,,Ç sinif şagirdlərinin iştirakı ilə ,,İqlim dəyişikliyi”mövzusunda mühazirə təşkil edildi.Mehriban müəllim qlobal iqlim dəyişikliyi haqqında məlumat verdi.Şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların (COP 29) keçirilməsində göstərir.Sonda iqlim dəyişikliyinə həsr olunmuş sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi