IX SİNİF ŞAGİRDLƏRİ İLƏ PEŞƏYÖNÜMLÜ TƏHSİL VƏ PEŞƏ SEÇİMİ MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLDİ

  08 mayda 17 nömrəli tam orta məktəbdə 9,,E" və 9,,Ə" sinif şagirdləri ilə peşəyönümlü təhsil və peşə seçimi mövzusunda görüş keçirildi.Məktəbin MS tərbiyə işləri üzrə təşkilatçısı  Tahir Həmzəyev tərəfindən təşkil edilən görüşdə .Əhmədov adına 64 nömrəli tam orta məktəbin Peşə təmayüllü sinifinin qrup rəhbəri Zöhrə Aydınova iştirak edirdi.Görüşün əsas məqsədi IX sinif məzunlarını  64 nömrəli tam orta məktəbin Peşə təmayüllü sinifində hansı peşələr,məktəbin maddi–texniki bazası ilə yaxından tanış etmək idi.Peşəyönümü təhsilə həsr olunmuş görüşlər gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi, əmək bazarında olan peşələr,işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə onların məlumatlandırılması məqsədi daşıyır.Səmimi görüş çərçivəsində keçirilən bu göruşdə məzunları maraqlandıran suallar cavablandırıldı.Tədbir iştirakçıları keçirilən bu görüşdən xoş təsərrüatlarla ayrıldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi