MƏKTƏBDƏ ,,İŞĞAL ALTINDA OLMUŞ TORPAQLARDA TÖRƏDİLƏN EKOLOJİ TERROR” MÖVZUSUNDA DƏRSLƏR TƏŞKİL EDİLDİ

  BMT-nin İqlim Dəyişikləri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasının(COP29),Kioto protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris sazişinin tərəflər görüşünün 6-cı sessiyasının təşkil eilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planının icrasına əsasən,17 nömrəli tam orta məktəbdə cöğrafiya müəllimi Könül Səfərova tərəfindən 9,,D” sinif şagirdlərinin iştirakı ilə ,,İşğal altında olmuş torpaqlarda törədilən  ekoloji terror”mövzusunda seminar dərs təşkil edildi.Könül müəllim Ermənistanın Qarabağ ərazisində törətdiyi ekoloji terror  haqqında geniş məlumat verdi. Bu terrorun nəticəsində əvvəllər işğalda olan ərazilərdə flora və faunasına zərər yetirilib və təbii sərvətlər məhv edilib. Ermənistanın Qarabağda və işğaldan azad olunmuş digər ərazilərimizdə törədilən ekoloji terroru məqsədli şəkildə baş verib. Həmin ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri var. Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşlar.Sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər və sonda ekoloji terrorla bağlı sənədli film nümayiş olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi