,,DİLİMİZİ QORUYAQ” LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ MİLLİ FİLM NÜMAYİŞ OLUNDU

   BŞTİ-nin 2023/2024 –cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4 bəndinə əlavə olaraq “Dilimizi qoruyaq” layihəsi ilə bağlı 06 mayda rus dili müəllimi Sevinc Pur-Riza tərəfindən 6,,B” sinif şagirdlərinin iştirakı ilə milli filmlərdən olan ,,Ögey anafilminə baxış və müzakirəsi təşkil edilmişdir. Şagirdlər filmi təhlil edən zaman öz çıxışlarında ana dilimizin qorunmasının vacibliyini vurğuladılar. Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir.Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi:“Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur".Ana dilimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs və mənəvi borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi