APREL DÖYÜŞLƏRİ İLƏ BAĞLI SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

   02 apreldə 17 nömrəli tam orta məktəbdə tarix müəllimi Mehriban Rzayeva 10,,F",10,,Ə”və 9,,D” sinif şagirdləri ilə seminar dərs təşkil etdi.Vətənimizin azadlığı uğrunda şəhid olmuş övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Dərs zamanı Mehriban müəllim 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə haqqında dördgünlük müharibə zamanı əsgərlərimizin göstərdikləri igidliklərlə bağlı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələrinin Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri,Füzuli rayonu istiqamətində yerləşən"Lələ təpə"adlandırılan yüksəkliyi ələ keçirməkləri ilə bağlı şagirdlərə məlumatlar verdi.Sonra aprel döyüşlərinə həsr olunmuş sənədli film nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi