MƏİŞƏT ZORAKILIĞI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLDİ

  02 mayda 17 nömrəli tam orta məktəbdə 8”C”sinif şagirdlərinin iştirakı ilə məktəb UBR Nərmin Cəlilova  tərəfindən“Məişət zorakılığı”mövzusunda maarifləndirici söhbət təşkil edildi.Tədbirdə məktəbdənxaric və sinifdənkənar tərbiyə işləri üzrə təşkilatçı Tahir Həmzəyev iştirak edirdi.Tədbirdə çıxış edən  Nərmin Cəlilova məişət zorakılığının Azərbaycanda geniş yayılmasına,əksər ailələrdə bunun özünü büruzə verməsinə və bu kimi halların cəmiyyət üçün çox təhlükəli olmasına toxunulmuşdur.Həmçinin məişət zorakılığının böyük əksəriyyətinin kişilər tərəfindən törədildiyi də qeyd edilmişdir.Daimi məişət zorakılığı yaşayan ailələrdə böyüyən uşaqlar yetərincə qayğı və sevgi görmürlər,onlarda özlərinə qapanma,utancaqlıq,dərslərində geriləmələr müşahidə olunur və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yaranır.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı və videoçarx nümayiş olundu.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi