MƏKTƏB KİTABXANASINDA 20 YANVAR FACİƏSININ 34-CÜ İLLİYINƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

  19 yanvarda 17 nömrəli tam orta məktəbdə“20 yanvar”faciəsinə həsr olunmuş tədbir kitabxana əməkdaşları Sevil Qurbanova və Fatma Quluzadə tərəfindən məktəbin 3"С"sinif şagirdləri və sinif müəllimi Şəhla  Musayevanın  iştrakı ilə məktəb kitabxanasında keçirildi.İlk öncə Dövlət Himni səsləndi ,sonra isə bütün Şəhidlər 1 dəqiqəlik sükutla yad edildi.Tədbir zamanı “20 Yanvar” hadisələri barədə geniş məlumat verilmiş, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu vurğulanmışdır.1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəvi hadisələrin qan yaddaşımıza yazıldığını, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu qeyd edilmişdir.Tədbirdə şagirdlər,,20 yanvar”faciəsinə həsr olunmuş şeirlər söylədilər, hazırladıqları rəsm və divar qəzetlərini nümayiş etdirdilər.

                                                                                   

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi