20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ İLK DƏRSLƏR KEÇİRILDİ

  19 yanvarda 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş ilk dərslər məktəbin I-XI sinif şagirdlərinin iştirakı ilə sinif müəllimləri,sinif rəhbərləri və Uşaq Birliyi Rəhbəri tərəfindən təşkil edildi.Dərsdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra bu misilsiz vəhşiliyin təfərrüatları şagirdlərə çatdırıldı.Qeyd olundu ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir neçə rayonunda dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.Bu hadisələrdə 131 nəfər öldürülüb,744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həkim və polislər də olub.Otuz dörd il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu hadisələri unutmadı və unutdurmadı.Sonda şagirdlərə 20 Yanvar faciəsi  əks etdirən sənədli film nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi