20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ ŞEİR MÜSABİQƏSİ KEÇİRİLDİ

  18 yanvarda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş şeir müsabiqəsi təşkil edildi. Müsabiqə  V, VI və VIII sinif şagirdlərini iştirakı və ,,Bədii qirayət”dərnəyinin rəhbəri İlahə Fərəcovanın təşkilatçılığı ilə təşkil edildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şagirdlərin ifasında şeirlər səslənmiş, çəkdikləri rəsmlərin nümayişi ilə davam etmişdir.Bu müsabiqədə iştirak edən 21 şagird içərisində fəallığına görə 8d sinif şagirdi Əhmədzadə Banuçiçək - I yer, 5 b sinif şagirdiləri Nəsirli Könül və Mövsümova Xədicə- II yer,6g sinif şagirdi  Əhmədova Bətul - III yerə layiq görülərək diplomlarla təltif edilmişlər.Sonda  məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsi barədə ətraflı məlumat vermiş və şagirdlərə 20 Yanvar faciəsini unutmamağı, tariximizi dərindən öyrənməyi və vətəni sevməyi tövsiyə etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi