BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİLMƏNİN KEÇİRİLMƏSİNƏ BAŞLANILDI

  15 yanvarda 17 nömrəli tam orta məktəbdə Böyük Summativ Qiymətləndirilmənin keçirilməsinə başlanıldı. İlk olaraq 10 və 11-ci siniflərdə müxtəlif fənnlərdən keçirildi.BSQ-nin tapşırıqları müvafiq siniflərin I yarımil tədris materialları əsasında, yaradılmış xüsusi komissiya tərəfindən tərtib edilmiş və fənn metodbirləşmə iclaslarında müzakirə edilərək təsdiq edilmişdir. Hər fənn üzrə tapşırıqlar açıq və qapalı tapşırıq olmaqla 15 sualdan və 2 variantdan ibarətdir. BSQ-nin nəticələri qısa müddət ərzində yoxlanılacaq, şagirdlərə və fənn müəllimlərinə məlumat veriləcək. I yarımil üzrə qiymətləndirmədə təlimata uyğun nəzərə alınacaq.Nəticələr fənn metodbirləşmə iclaslarında və I yarımilin yekunu olaraq keçirilən Pedaqoji Şura İclasında təhlil edilərək, müvafiq qərarlar qəbul ediləcək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi