Nailiyyətlərimiz

166 nömrəli məktəb-liseyin komandası yüksək nəticə göstərərək I yerə layiq görülüb28 May – Müstəqillik Gününə həsr olunmuş intellektual yarış Qaradağ Rayon Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə baş tutub. “Nə? Harada? Nə zaman?” formatında keçirilən oyun gənclər arasında bilik və məntiq yarışının ruhunu yaşadıb. Yarışda müxtəlif məktəb komandaları iştirak edib. Gərgin və maraqlı keçən mübarizənin sonunda 166 nömrəli məktəb-liseyin komandası yüksək nəticə göstərərək I yerə layiq görülüb. Qalib komandaya təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub. Bu cür tədbirlər gənclərin intellektual inkişafına və vətənpərvərlik ruhunun aşılanmasına mühüm töhfə verir.

Respublika Fənn Olimpiadası qalibiBu il keçirilən Respublika Fənn Olimpiadalarının nəticələrinə əsasən, 166 nömrəli məktəb-liseyin şagirdi Məmmədəli Babayev tarix fənni üzrə 28.5 bal toplayaraq I yerin qalibi olub və qızıl medala layiq görülüb. Bu uğur, onun yüksək fənn hazırlığını və intellektual potensialını nümayiş etdirir. Məmmədəlinin bu uğurunda tarix müəllimi Könül Quliyevanın əməyi və düzgün istiqamətləndirici rolu xüsusi qeyd olunmalıdır. Məktəb rəhbərliyi və kollektivi bu böyük nailiyyət münasibətilə Məmmədəli Babayevi və müəllimini təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır.

Hüquq olimpiadasıAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Konstitusiya və Suverenlik ili” mövzusunda təşkil etdiyi Hüquq olimpiadasında məktəb-liseyin 11-ci sinif şagirdləri uğurla çıxış ediblər. Gənc hüquq biliciləri olimpiadada göstərdikləri bilik və bacarıqlara görə fərqlənərək təltif olunublar. Şagirdlərin bu nailiyyəti onların hüquqi düşüncə tərzinin formalaşmasında və vətəndaşlıq məsuliyyətinin dərk olunmasında mühüm addım kimi qiymətləndirilir. Məktəb rəhbərliyi və müəllim kollektivi qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır.

HAQQIMIZDA

     

Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib....

BİZİM FƏXRLƏRİMİZ

Elman Məmmədov Telman

Elman Məmmədov Telman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi