RFO qalibiMəktəb-liseyin 11-ci sinif məzunu Məmmədəli Babayev növbəti uğuru ilə məktəb ictimaiyyətini sevindirib. O, Respublika Fənn Olimpiadalarının (RFO) mükafatlandırma mərasimində iştirak edərək Qızıl medala layiq görülüb. Məmmədəlinin elmi rəhbəri, məktəb-liseyin təcrübəli tarix müəllimi Könül Quliyevanın bu uğurda rolu böyükdür. Bu nəticə həm şagirdin əzminin, həm də müəllim-şagird əməkdaşlığının bariz nümunəsidir.
Badminton üzrə Qaradağ turniriQaradağ rayon Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Badminton üzrə Qaradağ turniri keçirilib. Turnirdə müxtəlif təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
166 nömrəli məktəb-liseyi təmsil edən Fidan Mikayılova yarışda uğurlu çıxışı ilə fərqlənərək qalib adını qazanıb. Bu uğur məktəb-lisey kollektivində böyük sevinc və qürur hissi ilə qarşılanıb.
Qeyd edək ki, belə tədbirlər fiziki sağlamlığın möhkəmləndirilməsi ilə yanaşı, həm də kollektiv ruhun və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.
Şagirdimizin uğuru4C sinif şagirdi Sümeyya İsmayılova “Olimpiada Bilik Formu”nda 2-ci yerin qalibi olub!