İbtidai siniflərdə bilik yarışı keçirildi

"Konstitusiya və suverenlik ili" çərçivəsində ️ibtidai siniflərdə möhtəşəm bir bilik yarışı təşkil olundu. Yarışda 3 və 4-cü sinif şagirdləri fəal iştirak edərək, müxtəlif fənlər üzrə biliklərini sınadılar.
Məntiq, dil qaydaları, riyaziyyat, təbiət və ümumi dünyagörüş sahəsində verilən suallar uşaqlarımızın biliklərini və çevik düşünmə qabiliyyətlərini bir daha nümayiş etdirdi.
Şagirdlərimiz yarış boyu yüksək motivasiya, komanda işi və qarşılıqlı hörmət nümayiş etdirdilər. Onların həyəcanı, sevinc dolu baxışları və uğur üçün göstərdikləri əzm tədbirə xüsusi bir rəng qatdı.
Yarışın sonunda hər iki sinifdən fərqlənən komandalar mükafatlandırıldı. Əsas məqsəd isə qalib gəlməkdən daha çox, şagirdlər arasında dostluq ruhunu möhkəmləndirmək, öyrənməyə marağı artırmaq və biliklərini bir az da inkişaf etdirmək idi.
Bilik axtarışında olan hər bir balamıza gələcək həyatlarında uğurlar arzulayırıq!