300 Bal – Qürur Mənbəyimiz Quluzadə Amin

Fəxrlə bildiririk ki, məktəbimizin 9a sinif şagirdi Quluzadə Amin,
13 aprel 2025-ci il tarixində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında maksimal – 300 bal toplamışdır.
Bu yüksək nəticə Aminin əzmi, biliyi və məsuliyyətinin parlaq göstəricisidir. Ona bu uğurda dəstək olan bütün müəllimlərinə və valideynlərinə təşəkkür edirik.
Amini təbrik edir, gələcək təhsil həyatında daha böyük nailiyyətlər arzulayırıq!