Gələcəyin uğurlu addımı: peşəni düzgün seç

Şagirdlərimizin gələcək həyat yolunu müəyyənləşdirməkdə onlara istiqamət vermək məktəbimizin əsas məqsədlərindəndir. Bu məqsədlə məktəbin psixoloqu Ulduz Həsənova tərəfindən 9-cu sinif şagirdləri ilə Hollandın Peşə Seçimi Texnikası əsasında test tətbiq olundu.

 

Testin keçirilməsində əsas məqsəd– şagirdlərin maraq sahələrini və şəxsiyyət tiplərini müəyyən etməklə onlara uyğun peşə sahələri barədə ilkin bilgilər vermək idi. Hollandın məşhur RIASEC modeli əsasında şagirdlər özlərini aşağıdakı 6 əsas tipdən hansına aid olduqlarını öyrəndilər:

 

Realist (R): Praktik və fiziki işləri sevənlər

 

İstintaqi (I): Analitik və tədqiqat yönümlü düşünənlər

 

Bədii (A): Yaradıcılığa və sərbəstliyə üstünlük verənlər

 

Sosial (S): İnsanlara kömək etməyə yönəlmiş, empati qurmağı sevənlər

 

Təşkilatçı (E): Liderlik və təşəbbüskarlığı sevənlər

 

Ənənəçi (C): Qaydalı, sistemli və diqqətli işləyənlər

 

Hər bir şagird bu nəticələr əsasında öz maraqlarına və qabiliyyətlərinə uyğun gələcək peşələri haqqında düşünmək imkanı qazandı.

 

Bu cür texnikalar şagirdlərin özünü kəşf etməsinə, öz potensialını tanımasına və gələcəkdə daha məqsədyönlü seçimlər etməsinə böyük töhfə verir.

 

Peşə seçimi – təsadüfi deyil, şüurlu qərar olmalıdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi