HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbin əsası 1930-cu ildə qoyulub. Əvvəllər məktəbdə tədris ancaq rus dilində aparılıb. Hazırda tədris Azərbaycan və rus dillərində aparılır.

 Məktəbin 2 korpusu var. 1-ci əsas korpus 430 nəfər şagird tutumludur. 2- ci korpus 2007-ci ildə inşa edilib, 720 nəfər şagird tutumludur. Hər iki korpus üçmərtəbəlidir. Kitabxana, idman zalı şagirdlərin istifadəsindədir. Məktəbdə 1706 nəfər şagirdin təlim-tərbiyəsi ilə 125 müəllim və pedaqoji heyət məşğul olur. Şagirdlərimiz hər il müxtəlif fənn yarışlarında, müsabiqələrdə, olimpiadalarda yüksək nəticələr əldə edirlər. Məktəbin məzunlarının orta hesabla 65-70 faizi hər il yüksək balla ali məktəblərə qəbul olunurlar. Məktəbimizin 2020-ci il məzunu Dünyamalıyev Zeynal məktəbi qızıl medalla bitirmiş, 2 dəfə olimpiada qalibi olmuşdur.

Şagirdlərimizin qazanmış olduqları bütün uğurlar məktəbin müəllimlərinin zəhmətinin, tükənmək bilməyən əməyinin nəticəsidir. Məktəbimizin müəllimləri müxtəlif Beynəlxalq və Respublika daxili layihələrdə yaxından iştirak edirlər. Məktəbin tarix müəllimi Ülviyyə Mikayılova Qrand müsabiqəsinin, rus dili müəllimi Tağıyeva Yeganə VII qrant müsabiqəsinin qalibi olmuşlar.

 

Məktəbin 6 şəhid məzunu var. Abbasov Fərrux 1-ci Qarabağ müharibəsində, Musazadə Təbriz Aprel döyüşlərində, Rüstəmov Rövşən, Eyvazov Əbülhəsən, Əbdülrəhmanov Sübhan 2-ci Qarabağ müharibəsində, Ələkbərov Ramal 2023-cü il lokal antiterror əməliyyatları zamanı şəhid olmuşdur. Məktəbimizin onlarla qazi, veteran məzunları var.

Məktəbimizin əsas məqsədi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı hazırlanmış fəaliyyət planına əsasən Azərbaycanın gələcək inkişafı üçün milli ruhlu, vətənpərvər, tarixinə, dilinə sadiq, bilikli, savadlı, bacarıqlı, müstəqil düşüncəli vətəndaşlar yetişdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi