"Konstitusiyanı tanıyaq" adlı Kahoot viktorinası keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 7-ci sinif şagirdləri arasında "Konstitusiyanı tanıyaq" adlı interaktiv bilik müsabiqəsi keçirildi.
Müsabiqədən öncə bir ay ərzində şagirdlər Azərbaycan Respublikasının Konstitusiyası haqqında tarix müəllimlərinin köməkliyi ilə geniş məlumat aldılar. Müxtəlif mövzularda müzakirələr aparıldı, təqdimatlar edildı və hüquqi maarifləndirmə saatlarında Konstitusiyanın əsas prinsipləri, vətəndaş hüquqları və vəzifələri izah olundu.
Məlumatların möhkəmləndirilməsi və maraqlı formada yoxlanılması məqsədilə tədbirin yekun mərhələsi Kahoot platformasında interaktiv viktorina şəklində təşkil olundu. Şagirdlər fərdi şəkildə və ya komandalarla suallara real vaxtda cavab verdilər. Suallar Konstitusiyanın əsas bölmələri, hüquqi anlayışlar və vətəndaş məsuliyyəti ilə bağlı idi.
Yarış zamanı şagirdlər həm biliklərini göstərdi, həm də texnologiyadan səmərəli istifadənin bir nümunəsini yaşadılar. Qaliblər diplom və təşəkkürnamələrlə mükafatlandırıldı.
Bu cür interaktiv tədbirlər hüquqi biliklərin daha asan qavranmasını təmin edir və şagirdlərdə məsuliyyətli vətəndaş mövqeyinin formalaşmasına kömək edir.