Xətai rayonu məktəblərinin tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri ilə görüş

27 aprel 2025-ci il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xətai rayonu məktəblərinin tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdlər və onların valideynləri ilə görüş keçirildi. Tədbirdə uğurlu nəticə əldə edən şagirdlər mükafatlandırıldı, onların əzmkarlığı və bilikləri yüksək qiymətləndirildi.

 

Qürurverici haldır ki, bu görüşdə bizim məktəbin şagirdləri — hər biri 298 bal toplayan Mürşüdlü Ayxan, Rəfiyeva Günay və Məmmədov Rəsul da iştirak edərək, öz uğurları ilə məktəbimizi layiqincə təmsil etdilər. Şagirdlərimizin əldə etdikləri bu nailiyyət həm onların əzminin, həm də müəllim və valideyn dəstəyinin bariz nümunəsidir.

 

Tədbir zamanı çıxış edən Milli Məclisin Xətai rayonu üzrə deputatı Pərvanə Vəliyeva və Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi Əlaqələr şöbəsinin müdiri Pənah İmanov şagirdləri təbrik edərək, onların gələcəkdə daha böyük uğurlar qazanacaqlarına inandıqlarını bildirdilər. Sonda iştirakçılar xatirə şəkilləri çəkdirərək tədbirdən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi