Su çərşənbəniz mübarək olsun!

Ən qədim zamanlardan üzü bəri Novruza qədər ilin axır çərşənbələri xüsusi hazırlıq və zənginliklə qeyd edilməkdədir. İnanclara görə bu çərşənbələrin hər biri təbiətin dörd mühüm ünsürü ilə bağlıdır: Su, Od, Külək (Hava, Yel), Torpaq. Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Su çərşənbəsi günü bulaqların şəfası artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su qırağında, bulaq başında, çay kənarında suyu çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, bilməcələrin sayı-hesabı yoxdur.Su axır samanlıqdan,Yol keçir qaranlıqdan.Çalış, yaxşılıq elə,Nə çıxar yamanlıqdan.Suya gedən igidi, Saçı məxmər təkidi.Allah, məni su elə,Su, gözəllər yüküdür.Su çərşənbəniz mübarək olsun! Atalar əbəs yerə deməyiblər ki, o, çərşənbələrin gözəlidir. Bu gözəl çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu röyalar, günəşli səhərlər arzulayıram sizlərə!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi