MƏKTƏBDƏ MUSTAFA ÇƏMƏNLİNİN İGİD MÜBARİZ ƏSƏRİ MÜZAKİRƏ EDİLİB

Məktəbin 5 "B" sinfində Mustafa Çəmənlinin “İgid Mübariz” əsərinin müzakirəsi keçirilib. Şagirdlər ilk növbədə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra şagirdlər qəhrəmanın iyirmi iki illik ömür yolundan, məktəb illərindən, onu daim narahat edən, intiqama səsləyən ermənilərə olan nifrətindən danışıblar. Şagirdlər bildiriblər ki, Mübariz İbrahimovun ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq olub. Vətənpərvərlik təkcə dildən çıxan sözdən asılı deyil. Əsl vətənpərvər insan ona tapşırılmış vəzifəni mükəmməl yerinə yetirən, dövlətinə sadiq olan, millətini sevən, bayrağını sevən şəxsdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova bildirdi ki, 7 Fevral Mübariz İbrahimovun doğum günüdür. Dərsdə iştirak edən məktəbin direktoru Kəmalə Qədirova Mübariz İbrahimovun tarix yazan qəhrəmanlarımızın ön sırasında dayandığını bildirib. Kəmalə müəllim “Hər birimiz Mübarizik, Fəridik “ deyən şagirdlərin çıxışlarını yüksək dəyərləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi