MƏKTƏBDƏ PEDAQOJİ ŞURA KEÇİRİLİB


    Pedaqoji şurada məktəbin direktoru Kəmalə Qədirova qeyd edib ki: cari dərs ilində keçirilən pedaqoji şura iclaslarında 2023-2024-cü tədris ilində təhsilalanların vahid məktəbli geyim formasının tətbiqinə riayət etməsi haqqında, müəllimlərin və şagirdlərin tədris prosesində telefonlardan istifadəsinə məhdudiyyətin qoyulması barədə, dekabr ayında məktəbin “İstedad Bankı”nın yaradılması, “Risk” qrupuna daxil olan şagirdlərlə görülən işlər, istedadlı şagirdlərlə işin təşkili vəziyyəti, məktəbdə nizam – intizam qaydaları barədə, sanitar- gigiyenik rejimə əməl olunma vəziyyəti, ibtidai siniflərdə sinifdənxaric tədbirlərin şagirdlərin inkişafında rolu, 2024-cü ilin yanvar ayında məktəbdə psixiloji xidmətin təşkili vəziyyəti və dəstəkləyici mühitin yaradılması barədə məsələlər müzakirə olunub.
     Kəmalə Qədirova məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması haqqında bir daha geniş məlumat verib. Bildirib ki, cəmiyyətdə məktəb şagirdlərin, müəllimlərin və məktəb kollektivininn digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan kimi  dəyərləndirilib. Müəllimlərlə və şagirdlərlə psixoloji maarifləndirmə işinin aparılması, valideynlərlə əməkdaşlığa diqqətin artırılması bizim diqqət yetirdiyimiz əsas məsələlərdir. Eyni zamanda sinif rəhbərləri siniflərdə təhlükə doğuracaq halların qarşısını almaq üçün verilən təlimata uyğun hərəkət etməli, valideynlərlə maarifləndirici söhbətlər aparmalıdır. Biz ilk öncə təhsilalanlar  arasında davamlı olaraq risk qrupuna daxil olanları müəyyənləşdirməli, məktəb psixoloqları  bu şagirdlərlə maarifləndirmə işləri aparmalıdır. Məktəbdə təhlükəsizliyi təmin etmək üçün nəzarəti, mühafizə işini, növbətçiliyi gücləndirməliyik. Fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə diqqət yetirməliyik. Məktəbdə psixoloji xidmətin təşkili, psixoloqların hesabatının dinlənilməsi, müəllimlərin etik davranış qaydalarına riayət etməsi bizim əsas işimizdir. Eyni zamanda etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirləri bizim diqqət mərkəzimizdədir.
     Sonra Kəmalə müəllim V-XI siniflərdə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, fənlərinin tədrisi vəziyyəti haqqında pedaqoji şura iştirakçılarının diqqətinə çatdırdı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova V–IX siniflərdə təsviri incəsənət, musiqi, V-VIII siniflərdə texnologiya, V-XI siniflərdə fiziki tərbiyə, X-XI siniflərdə çağrışaqədərki hazırlıq fənlərinin tədrisi vəziyyəti barədə çıxış etdi. Pedaqoji şurada məktəbdə Böyük summativ qiymətləndirmənin aparılması və nəticələri haqqında direktor müavinləri Nazimə Zeynalova və İlahə Məmmədova məlumat verib. Birinci yarımilin yekunları və ikinci yarımildə qarşıda duran vəzifələr barədə Nazimə müəllim çıxış edib. BŞTİ-nin materialı əsasında 4 və 6-8 –ci siniflərdə Azərbaycan dili fənnindən aparılan monitorinqin nəticələri haqqında Kəmalə müəllim çıxış edib. Nəticələr barədə müzakirə aparılıb. Müəllimlərin fikirləri dinlənilib. Pedaqoji şurada 2 fevral Gənclər Günü münasibətilə rəğbətləndirmə olub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi