DRAMATURQ, JURNALİST, İCTİMAİ XADİM CƏLİL MƏMMƏDQULUZADƏYƏ HƏSR EDİLMİŞ TƏQDİMAT KEÇİRİLİB

Məktəbin Fəaliyyət Planına əsasən fənlərin tədrisi vəziyyətinin öyrənilməsilə bağlı aylıq çərçivəsində Rus dili  və ədəbiyyaıtı  müəllimi Rəna İbrahimovanın təşkilatçılığı ilə 10"C" sinfində Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr edilmiş təqdimat keçirilib.
  Dərs prosessində  şagirdlər yazıçının həyat və yaradıcılığı ilə dərindən tanış olublar. Şagirdlər araşdırdıqları məlumatlar əsasında  yazıçının həyatı haqqında maraqlı faktları iştirakçıların diqqətinə çatdırıblar. Hüseynov Ömər yazıçının keçdiyi ömür yolundan, Aygün Vəliyeva C. Məmmədquluzadənin yaradıcılığından  danışıb. Böyük demokrat yazıçının təsisçisi və redaktoru olduğu " Molla Nəsrəddin " jurnalı barəsində Hüseynov Camalın təqdimatı dinlənilib.
 Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi