Gənclik və Hüquq

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.
10.04.2025-ci il tarixdə məktəbimizdə "Konstitusiya və Suverenlik ili" - nə həsr olunan "Gənclik və Hüquq" adlı tədbir keçirildi. 
Tədbirdə şagirdlər, cəmiyyətin əsas prinsiplərindən olan hüquqlar, suverenlik və konstitusiya haqqında geniş məlumat verdilər. Həmçinin şagirdlərin vətən, cəmiyyət və valideyn qarşısındakı məsuliyyətinə də toxunuldu.
Məktəbin istedadlı şagirdlərinin ifasında maraqlı musiqilər ifa olundu və bundan başqa Azərbaycan şairi Cabir Novruzun "Vətən əbədi qoruqdur" şeiri də səsləndi.
Tədbirdə YAP Səbail Rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın katibi Günay Əkbərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Respublikasının Ombudsman aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Təranə Piriyeva, ATİAHİ Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva və bir çox məktəb direktorları da iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi