"Tarixdən gələn səslər"

29.03.2016-cı il tarixdə məktəbin akt zalında 31 Mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin şagird və müəllim kollektivindən əlavə Səbail rayonu İcra başçısının I müavini Xalidə Bayramova, Səbail məktəblərinin direktorları, Təhsil Şurasının sədri professor Əjdər Ağayev, "Təhsil və Zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllı, şəhid E.Əliyevin atası Allahverdi Əliyev və bir çox qonaqlar iştirak edirdilər. Tədbiri ilk çıxış sözü ilə məktəbin direktoru S.Abbasova açıq elan etdi. Daha sonra şagirdlər müxtəlif tarixi məlumatları əks etdirən kompozisiyalar səsləndirdilər. Belə ki, tarix boyu azərbaycanlıların düçar olduğu haqsızlıqları bir daha göz önünə gətirərək sübut etdlər ki, tarixi heç vaxt unutmaq olmaz.Onların ifasında musiqilər eşidildi. Məktəbin şagirdlərindən ibarət XTD-nin üzvləri olduqca maraqlı və özündə qəhrəmanlıq təcəssüm əks etdirən döyüş səhnəsi canlandırdılar. Görüş zamanı həmçinin S.Abbasovanın rəhbərliyi ilə məktəbin şagird və müəllim kollektivinin Quba soyqırımı memorial kompleksinin zayarətini əks etdirən video nümayiş etdirildi. Tədbirin ərsəyə gəlməsində direktor Sevinc Abbasova, Azərbaycan dili və ədəbiyyatı müəllmləri-Səbinə Səmədova və Sevinc Əliyeva, tarix müəllimi-Şahin Əliev, hərbi rəhbər-Sarvan Hacıyevin xidmətləri olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi