Novruz bayramı

Mart ayının 15-də Səbail rayonu 162 N li tam orta məktəbin akt zalında "Novruz gəlir, yaz gəlir" adlı geniş tədbir hazırlanmış və keçirilmişdir. Tədbirin keçirilməsi üçün təşkilat komitəsi yaradılmış, məktəbin psixoloqu Cabbarova Sənubər rəhbər təyin edilmişdir. Tədbirdə şagirdlərin ifasında şeirlər, mahnılar səslənmiş, milli adət- ənənələrimizi əks etdirən səhnəciklər qurulmuşdur.