Coğrafiya fənni üzrə "Okeanda suyun hərəkəti" mövzusunda açıq dərs keçirilib

Səbail rayonu E.A.Əliyev adına 162 N-li tam orta məktəbin müəllimi Sarıyeva Sahibənin 16.02.2016 - cı il tarixdə coğrafiya fənnindən "Okeanda suyun hərəkəti" mövzusunda açıq dərs keçirilib. Dərs yeni təlim metodlarına əsaslanmış bir dərs idi. Dərs maraqlı keçdi .Bütün mərhələlərdən istifadə olundu. Müəllimin dərsə hazırlığı həmişəki kimi çox yaxşı idi. Dərsin motivasiya mərhələsi maraqlı idi. Müəllim dərsdə anlayışın çıxarılması üsulundan istifadə etdi. Tədqiqatın aparılması üçün müəllim sinfi 3 qrupa böldü və işçi vərəqləri əsasında sualları hazırlayıb şagirdlərə təqdim etdi.Şagirdlərin fəallığı da normal idi. Dərsə verilən tələblər yerinə yetirildi. Dərs boyu mövzu ilə bağlı digər əyani vəsaitlərdən də istifadə olundu. Müəllim sonda qrupları qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi