Məktəbdə Beynəlxalq "Ana dili" günü ilə bağlı tədbir keçirilib

Fevral ayının 22-də Səbail rayonu E.Əliyev adına 162 N li tam orta məktəbində 21 Fevral Beynəlxalq Ana dili günü ilə bağlı geniş tədbir keçirilmişdir. Tədbiri Azərbaycan dili və ədəbiyyat müəllimi S.Səmədova hazırlamışdır. Tədbirdə doğma dilin mahiyyətindən, zənginliyindən geniş söhbət açılmışdır.Tədbirdə məktəbin direktoru S.Abbasova, şəhid E.Əliyevin atası A.Əliyev, tərbiyyə işləri üzrə d/m L.Məhərrəmova, müəllimlər və məktəbin şagirdləri iştirak etmişlər.