12.10.2015-ci il tarixdə 162 N li tam orta məktəbdə sülh mədəniyyəti mövzusunda tədbir keçirildi .10.- cu sinif şagirdinin hazırladığı "Sülh göyərçini" tədbirin rəmzi simvolu oldu.5-ci və 6 - cı sinif şagirdləri sülhə aid şerlər söylədilər. Məktəbin direktoru M.Hüseynova şagirdlərin sülhə dair çəkdikləri rəsmləri qiymətləndirdi. Məktəbin tarix müəllimi "Sülh və müasir dünyamız" mövzusunda çıxış etdi. Sonda sülhə aid mahnılar oxundu. Sülhə nail olmaq və onu möhkəmləndirmək üçün şagirdlərin təklifləri dinləndi.