Uşaq Kitabxanası

"Oxu həftəsi" ilə əlaqədar olaraq məktəbin rus bölməsinin 4 "R" sinif şagirdləri sinif rəhbəri Aynurə Hacıyeva ilə birlikdə Bayıl qəsəbəsində yerləşən Nazim Hikmət adına Uşaq Kitabxanasında olmuşlar. Kitabxanada rus uşaq ədəbiyyatına məxsus Pyotr Pavloviç Yerşovun "Konyok - Qorbunok" adlı nağıl-poemasını müzakirə edən uşaqlar, kitabxana əməkdaşlarının bütün suallarına düzgün cavab verdilər. Daha sonra uşaqlar mövzu ilə bağlı maraqlı səhnəciklər nümayiş etdirdilər. Tədbir zamanı kitabxananın fəaliyyəti ilə yaxından tanış olan şagirdlər kütləvi olaraq kitabxanaya abunə olmaq üçün qeydiyyatdan keçdilər. Bu səpkili tədbirlərin keçirilməsində məqsəd şagirdlər arasında mütaliə vərdişlərinin formalaşdırılmasını istiqamətləndirməkdən ibarətdir.