"My Hearth - Azerbaijan" mövzusunda fəal dərsi dinlənildi.

Məktəbin Fəaliyyət Planının 1.2.2 - ci bəndinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə "İngilis dili aylığı " çərçivəsində 10 "b" sinfində ingilis dili müəllimi Svetlana Nəcəfovanın "My Hearth - Azerbaijan" mövzusunda fəal dərsi dinlənildi. Təcrübəli pedaqoq sinfi 3 qrupa bölərək, onlara işçi vərəqlər payladı və 10 dəqiqə ərzində Azərbaycanın tarıxı, mədəniyyəti, sənayesi haqqında təqdimat hazırlamağı tapşırdı. Təqdimatda bütün qrup üzvləri iştirak edərək, öz fikirlərini ingilis dilində ifadə etməyə çalışdılar. Dərs zamanı heç bir şagird diqqətdən kənarda qalmadı.