“Novruz Bayramı” ilə əlaqədar “Folklor-Musiqi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Bu gün Səbail Rayon İcra Hakimiyyətinin akt zalında rayon məktəbliləri arasında “Novruz Bayramı” ilə əlaqədar “Folklor-Musiqi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.Qaliblər sırasında məktəbimizin iki istedadlı şagirdi : 10-cu sinifdə təhsil alan Tünzalə Həmidova və 8-ci sinif şagirdi Mədinə Bəxtiyarova da yer alır. Adıçəkilən tədbirdə unikal soprano səs sahibi T.Həmidova I yer ilə mükafatlandırılmış, M.Bəxtiyarova isə özünün quruluş verdiyi "Sarı gəlin" rəqsinə görə xüsusi Fəxri Fərmana layiq görülmüşdür. Hər iki şagirdimizi qazandığları uğur münasibəti ilə təbrik edir, onlara daha uca zirvələri fəth etməsini arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi