11 aprel - prezident seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsinə həsr olunmuş tədbir keçirildi.

Bu gün səhər qəbulunda 162 nömrəli məktəbin müəllim, şagird və valideyin kollektivi ilə birlikdə 11 aprel - prezident seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsinə həsr olunmuş tədbir keçirildi. Məktəbin direktoru çıxış edərək, qələbə münasibəti ilə hamını təbrik etdi, ölkəmizdə əmin-amanlıq və sabitliyin qorunub saxlanması naminə, uğurlu və işıqlı gələcək naminə kollektivi ölkə prezidentının ətrafında sıx birləşməyə çağırdı. Sonda məktəbin şagirdlərinin ifasında Vətən, qəhrəmanlıq və s. haqqında şeirlər səsləndirildi.