Aprelin 6- da şəhid Etibar Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi.

Aprelin 6- da şəhid Etibar Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri, valideyinlər, müəllimlər və şəhidin ailə üzvləri iştirak etdilər. Məktəbin direktoru S.Abbasova çıxış edərək, şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, şagirdlərə vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini həmişə uca tutmağı tövsiyyə etmişdir. Tədbirdə şəhidin atası Allahverdi Dərd çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir. Daha sonra şagirdlərin ifasında " Biz şəhid olduq, təki Vətən yaşasın!" mövzusunda ədəbi- bədii kompozisiya numayiş olunmuşdur. Sonda məktəb rəhbərliyi təhsildə uğurları ilə fərqlənən bir qrup şagirdi Fəxri Fərman və hədiyyələrlə təbrik etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi