31 mart - Azərbaycanlıların soyqırımının

30 mart saat 09:00-da 162 nömrəli məktəbin akt zalında Təbbirlər Planına əsasən 31 mart - Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri kimi "Soyqırım tarıxı sənədlərdə" mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi.Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Gülbəniz Abbasova 30-31 mart tarixinin və soyqırım anlayışının mahiyyətini açıqladı. Daha sonra Mehriban Ələkbərzadənin müəllifi olduğu "Bir günün tarixi və ya tarixin bir günü" mövzusunda sənədli film nümayiş olundu.