X "a" və X "b" siniflərində PISA beynəlxalq qiymətləndirməsi

Bu gün Təhsil Nazirliyinin əməkdaşı Gülnar Nuriyevanın iştirakı ilə məktəbin X "a" və X "b" siniflərində PISA beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə seminar keçirildi. Bu tədqiqatın məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlamaqdan ibarətdir. Qeyd edək ki, PISA 2018 tədqiqatı kompüter formatında yalnız Bakı şəhəri üzrə məktəblərin Azərbaycan və rus bölmələrində təhsil alan və doğum tarixləri 01 yanvar 2002 – 31 dekabr 2002-ci il olan 7-11-ci sinif şagirdlərini əhatə edir.