"Mən Xocalıyam"

26 fevral tarixdə məktəbimizdə "Xocalı facıəsi"nin iyirmi altıncı ildönümünə həsr olunmuş geniş tədbir keçirildi.Tədbirdə məktəbin direktoru,müəllimlər və şagird kollektivi iştirak etdi. XX əsrin ən qanlı soyqırımı olan Xocalı faciəsi haqqında danışan direktor S.Abbasovanın çıxışından sonra şagirdlər "Mən Xocalıyam" adlı ədəbi - bədii kompozisiya təqdim etdilər. Sonda Xocalının işğalı haqqında sənədli filmdən fraqmentlər nümayiş olundu.